Bakının 12 orta məktəbi fəaliyyətini distant təhsillə davam etdirıcək

       Bakı Şəhər üzrə Təhsil İdarəsi bildirib ki,  tabeliyində olan təhsil müəssisələrində aparılan əsaslı və cari təmir işləri ilə əlaqədar 12 orta məktəbin şagirdləri üçün distand təhsil davam edəcək.

    Təhsil İdarəsinin məlumatına görə,   adı çəkilən məktəblərdə təmir işləri bitənə qədər dərslər onlayn davam edəcək. Əgər işlər tez yekunlaşarsa, əyani tədris bərpa olunacaq.

  İşini  distant təhsillə davam etdirəcək məktəblər bunlardır :

322, 106, 269, 17, 95, 114, 299, 137, 126, 71, 307 və 146 saylı orta məktəblər