Bakının mərkəzi küçələri “Formula 1″ə görə bir həftə bağlanacaq
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiriAyan Nəcəf-Ağayeva mətbuata açıqlamasında bildirib ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.
Ayan Nəcəf-Ağayevaki qeyd edib ki, hələlik yollar tam bağlanmayıb: “Hər il olduğu kimi yolların bir həftə bağlı olacağı gözlənilir”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda keçiriləcək.