Bakının masasında “kağız parçası” var, Ermənistanda hansı qüvvənin neçə səs toplamalı olduğu yazılıb” – Paşinyan
`13Azərbaycan hakimiyyəti Ermənistan vətəndaşlarının hissləri üzərindən oynayaraq qarşıdakı seçkilərin nəticələrinə təsir göstərmək istəyir.
Realliq.TV bildirir ki, bu barədə Paşinyan Mülki Müqavilə Partiyasının nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, Bakı rəhbərliyinin masasında “kağız parçası” var, üzərində Ermənistanda hansı qüvvənin neçə səs toplamalı olduğu yazılıb.
Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.