Vətən müharibəsi şəhidi Baş leytenant Qənbər Qənbərli Tərtər rayonunun Kəngərli kəndində dəfn edildi
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, baş leytenant Qənbər Qənbərli dəfn edilib.
Şəhidimiz doğulduğu Tərtər rayonunun Kəngərli kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.
M.Məmmədov Azərbaycan bayrağını şəhidin atası Bəhruz Qasımova təqdim edib.
Tanrı rəhmət eləsin!