Baş nazir qərar imzaladı: BU GÜNDƏN…

Bu gündən Azərbaycanda yeni qayda qüvvəyə minir.
Azərforum Reallıq Tv-yə istinadən xəbər verir ki, yanvarın 24-dən etibarən COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minir.
Bu barədə Baş nazir Əli Əsədov yanvarın 22-də qərar imzalayıb.
Qərara əsasən “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları”na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Qərarla daha bir bənd isə ləğv edilib: