Baş prokurordan “Tərtər işi”ilə bağlı açıqlama

Sosial şəbəkələrdə “Tərtər işi” ilə bağlı yayılan məlumatlara Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevdən  açıqlama gəlib. 

Kamran Əliyev   ” Report”-a açıqlamasında bunları deyib: 

“Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb. Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurdur”.