Baş qərargah rəisinin müavini də istefa verəcək – Erməni mətbuatı
Erməni mətbuatının yazdığına görə, yaxın gələcəkdə bir sıra ixtisarlar və istefalar olacaq.
Realliq.TV erməni mətbuatına istinadən bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini general Stepan Qalstyan istefa verəcək. Erməni mediası buna səbəb kimi Azərbaycanla sərhədə baş verənləri göstərir.