Başına 1 milyon türk lirəsi mükafat təyin edilən terrorçu məhv edildi
Türkiyə Daxili İşlər nazirliyi “Narıncı” siyahı üzrə axtarışa olan PKK terrorçusunun məhv edildiyini bildirib.
Nazirliyin açıqlamasında bildirilib ki, Başına 1 milyon türk lirəsi mükafat təyin edilən və “Narıncı” siyahı üzrə axtarışa olan “Şervan Eğit Muş” kod adlı Hatip Kılıç Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.