Başkeçiddə ( Dmanisi ) barışıq əldə edildiyi bildirilir
Gürçüstanın Daxili İşlər naziri, digər hökumət nümayəndələri və din xadimlərinin birbaşa iştirakı ilə Başkeçiddə ( Dmanisi ) iki gündür davam edən qarşıdurmada barışıq əldə edildii bildirilir.
Tərəflər Dmanisi rayon İcra Hakimiyyət binasında bir araya gələrək, problemi dialoq yolu ilə həll etmək qərarı veriblər.
Qeyd edək ki, dünən bir qrup svan əsilli ekomiqrant etnik azərbaycanlılara məxsus mağazaya hücum edərək oradakı insanlara qarşı fiziki şiddət tətbiq ediblər. Buna səbəb isə mağazadan aldıqları məhsulun pulunu vermək istəməmələri olub.
Bu gün isə rayon mərkəzinə toplaşan yerli azərbaycanlı icmasının nümayəndələri günahkarların dərhal cəzəlandırılmasını tələb ediblər.
Daha sonra isə insident böyüyb və tərəflər arasında Dmanisi küçələrində qarşıdurmalar yaşanıb.