Bayden yenidən GÜNDƏMDƏ
ABŞ prezidenti Co Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evində axtarışlar zamanı yeni məxfi sənədlər tapılıb.
Reallıq Tv-nin xəbərinə görə, bu barədə jurnalistlərə Baydenin vəkili Bob Bauer məlumat verib.
Axtarışı yanvarın 20-də ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları aparıblar.
Onlar Co Baydenin ABŞ-ın senatoru və vitse-prezidenti olduğu dövrə aid 6 məxfi sənəd tapıblar.