“Bayraktar”lar yenidən havaya qalxdı
Müdafiə Nazirliyinin növbəti təlim-məşq planına uyğun olaraq döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri, “Bayraktar” və müxtəlif tipli digər pilotsuz uçuş aparatları təlim-məşq uçuşlarına başlayıb.
Müdafiə Nazirliyinin verilən məlumatlna görə, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.
Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.