Belarusiya və Rusiya üzərində NATO təhlükəsi
Belarus Baş Qərargahı rəhbərinin birinci müavini İqor Korol ölkəsinə və Rusiyaya qarşı NATO təhlükəsindən danıçaraq deyib ki, NATO-nun strateji bombardmançılarının nümayişkəranə uçuşları, böyük ehtimalla, Belarus və Rusiyaya zərbə variantlarını özündə ehtiva edir.
İqor Korol deyib bildirib ki, ilin əvvəlindən qonşu ərazilərdə 9 belə uçuş həyata keçirilib:
“Bütün aviasiya arsenalı – strateji kəşfiyyat təyyarələrindən kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarına kimi, hərəkətə keçib”.
Belarus Baş Qərargahı rəhbərinin birinci müavini əlavə edib ki, ABŞ və NATO ölkələri mümkün əməliyyatı hücum kimi deyil, böhranlı vəziyyətə müdaxilə kimi dəyərləndirir.
Bildirək ki, may ayının sonuna qədər Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya növbəti səfəri gözlənilir. Bu səfər baş tutsa, A. Lukaşenkonun bu il ərzində Rusiyaya 3-cü səfəri olacaq. 5 ay ərzində bir ölkəyə 3 rəsmi səfərin olması isə NATO ilə Belarus-Rusiya münasibətlərində gərginliyin ciddiliyindən xəbər verir.