“Bennet Putinlə görüşdən sonra mənə zəng etdi”

İsrailin Baş naziri Naftali Bennet Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna dövlət başçısı Volodimir Zelenskiyə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski Tviter hesabında paylaşım edib.

“İsrailin Baş naziri Naftali Bennet Vladimir Putinlə görüşündən sonra mənə zəng etdi. Dialoqu davam etdiririk”, – Zelenski qeyd edib.