“Beşiktaş“-dan Respublika Günü münasibəti ilə Azərbaycana təbrik
Türkiyənin “Beşiktaş” futbol klubu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Realliq.Tv bildirir ki, Superliqanın son çempionu bununla bağlı feysbuk səhifəsində iki ölkə bayrağının fotosunu paylaşıb.
Fotonun üzərində isə bu sözlər yazılıb: “Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun”.