Beynəlxalq blogerlər erməni vandallığı ilə yerində tanış olmaq üçün azad edilmiş torpaqlara gedəcək

“Show me Azerbaijan” (Azərbaycanı mənə göstər) layihəsi çərçivəsində bir qrup xarici sosial media fenomeni ölkəmizdə səfərdədir. Bloggerlərin Bakıda dünəndən başlayan səfəri bu gün Qobustan milli tarixi-bədii qoruğunda davam edib. Qonaqlar erməni vandallığı ilə yerində tanış olmaq üçün bu gün  Ağdama da səfər edəcəklər.

Realliq.TV bildirir ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elməddin Mehdiyev bildirib ki, səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri tanınmış bloggerlərə nümayiş etdirməkdir. 

Ümumilikdə azərbaycanlı bloggerlərin də daxil olduğu bu qrup Qarabağ bölgəsini, Azərbaycanı və onun maddi-tarixi və mədəni irsini sosial şəbəkələr vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq.