Binə qəsəbəsində yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində yeni işlər görülüb

Binə qəsəbəsində yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu dəfə Əli İsazadə küçəsinin “Ədalət parkı”-nın qarşısından keçən hissəsində müvafiq tədbirlər görülüb.

Görülən tədbirlər çərçivəsində ərazidə:

✔️svetofor obyektləri quraşdırılıb; 

✔️müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib;

✔️nizamlanan eyni səviyyəli piyada keçidləri çəkilib;

✔️Eyni səviyyəli piyada keçdilərinin önündə panduslar inşa olunub.

Nəticədə:

✅ Kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb;

✅ hərəkətin növbəliliyi təmin olunub;

✅ əlçatanlıq səviyyəsi artırılıb.