Bir çiçəyi qopartmağın min cəzası – MARAQ DÜNYASI

  Türkiyənin bir çox bölgəsində tapılan “peonies” çiçəyini qoparmağın cəzası fiziki şəxslər üçün 80 min 465 TL ( təxminən 16 min AZN ), hüquqi şəxsdirsə bu, cəza üç dəfəyədək artırılır.

Daha çox sahil Beydağlarında görülən “peonies” çiçəyini  2016-cı ildə Antalyada təşkil edilən “Expo Antalya”nın simvolu çiçəyi olaraq təyin olundu. Hər il bura gələn turistlər və ekskursiya qrupları, xüsusilə Beydağların sahil hissələrində peoniesləri görmək və fotoşəkilləri çəkmək üçün ora gedirlər. Artıq bu ilin aprelində çiçək açan “peonies” görmək üçün gəzintilər təşkil edilir.