Bir sıra xüsusi təhsil müəssisəsi ətrafında piyada təhlükəsizliyinin artırılması məqsədi ilə işlər görülüb

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində 1 nömrəli tam orta məktəb, Kimya-Biologiya Təmayüllü  Lisey və 3 nömrəli xüsusi təhsil müəssisəsi ətrafında piyada təhlükəsizliyinin artırılması məqsədilə işlər görülüb. 

Realliq.TV bildirir ki,  bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Məktəblərin ətrafında piyada təhlükəsizliyinin artırılması məqsədilə işlər görülüb:

✅  sürət həddi 30km/saat-a endirilib;

✅ yol kəsişmələrində müvafiq yol nişanları quraşdırılıb;

✅  yeni eyni səviyyəli piyada keçidləri təşkil edilib; 

✅ sürət həddinə riayət olunmasının təşviq edilməsi üçün məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;

✅ təhlükəsizliyin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb. 

 Əlçatanlığın təmin edilməsi məqsədilə həmin məktəblərin ətrafında pandusların quraşdırılması istiqamətində işlərə başlanılacaq. 

 Qeyd olunan təhsil müəssisələri ətrafında maarifləndirmə işləri “Nəqliyyat Könüllüləri” tərəfindən uğurla davam etdirilib. Könüllülərimiz hərəkət iştirakçılarını təhlükəsizlik qaydaları haqqında maarifləndirib, “Həyat dolu küçələr” şüarı ilə sürücüləri ehtiyatlı olmağa çağırıblar. 

 Unutmayaq, piyada ən həssas və vacib yol iştirakçısıdır.