Birinci vitse-prezidentin Xocavənd paylaşımı

      Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində  12-13 may tarixlərində “Xarı bülbül” musiqi festivalının keçirilməsi ilə bağlı olaraq   Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin və  Birinci vitse-prezidenti Mehriban Əliyeva “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün bu gün Şuşa şəhərinə gedib.  

       Şuşaya səfərləri zamanı Xocavənddə olarkən Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabından paylaşım edib.

 Paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

        Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”