BMT Təhlükəsizlik Şurasından İsrail- Fələstin qarşıdurması ilə bağlı çağırış

BMT Təhlükəsizlik Şurası tərəfləri atəşkəsə tam əməl etməyə çağırır.

Bu barədə BMT Təhlükəsizlik Şurası açıqlama yayıb.

TŞ üzvləri Fələstin xalqına təcili humanitar dəstək verilməsinin vacibliyini vurğulayıb.

Açıqlamada BMT TŞ-nin ikidövlətli həll perspektivində bölgədə hərtərəfli və davamlı sülh əldə etmək üçün atılan addımları dəstəklədiyi bildirilib və əmin-amanlığın qorunmasının vacibliyinə diqqət çəkilib.