Bolqarıstan Prezidenti: “Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”

“Azərbaycan özünü Bolqarıstan üçün arzuolunan, prioritet və etibarlı tərəfdaş kimi tanıdıb”.

Reallıq TV. Bolqarıstan Teleqraf Agentliyinə (BTA) istinadən xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan ilə yüksək və ali səviyyədə aparılan fəal dialoq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verib.

“Şadam ki, bir sıra sahələrdə səmərəli əməkdaşlığımızın inkişafının davam etdirilməsi ilə bağlı fikirlərimiz üst-üstə düşür”, – R.Radev bildirib.