“Bomba”-ya görə Belarusla Litva arasında gərginlik

Belarusda saxlanılan “Nexta” Teleqram kanalının qurucusu Roman Protaseviç dərhal azadlığa buraxılmalıdır.

Realliq.TV bildirir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda Tvitter səhifəsində yazıb.

“Misli görünməmiş bir hadisə! Vilnüsə uçan mülki sərnişin təyyarəsi təcili Minskə endi. Təyyarədə belarusiyalı siyasi fəal və “Nexta”nın qurucusu var idi. O tutuldu. Bu iyrənc hərəkətin arxasında Belarus rejimi dayanır. Mən Roman Protaseviçin dərhal sərbəst buraxılmasını tələb edirəm “- deyə Nauseda bildirib.

Qeyd edək ki, “Nexta” Teleqram kanalının keçmiş rəhbəri, Belarusun ekstremist elan etdiyi Roman Protaseviç Minskdə saxlanılıb.