“Bomba var” deyib təyyarəni saxladılar, əvəzində muxalifətçini tutdular- Belarusiyada

“Nexta” Teleqram kanalının keçmiş rəhbəri, Belarusda ekstremist elan etdiyi Roman Protaseviç Minskdə təyyarədə saxlanılıb.

Bu barədə Belarusdakı “Vesna” hüquq müdafiəsi təşkilatı məlumat yayıb.

Məlumata görə, Afinadan Vilnyusa uçan təyyarə Minskdə təcili eniş edib. Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb. Nəticədə Roman Protaseviç tutulub. 

Bu yerdə yadıma dəyərli yazıçımız Ə .Haqverdiyivin ” Bomba ” hekayəsi düşdü. Əsərdə çuvalın içində bomba olduğunu düşünürlər, amma çuvaldan qarpız çıxır. 

Bildirək ki, Stepan Putilo və Roman Protaseviç beynəlxalq axtarışda idi. Belarus istintaq idarəsi “Nexta” telegram kanalının yaradıcısı Stepan Putilo və kanalın keçmiş baş redaktoru Roman Protaseviçə qarşı cinayət işi açmışdı.

Belarus Cinayət Məcəlləsinin 130-cu maddəsinin 3-cü bəndi – hakimiyyət nümayəndələrinə və hüquq-mühafizə orqanlarına qarşı qəsdən hərəkətlərin edilməsi ilə əlaqədar cinayət işi açılıb. İstintaq idarəsi düşünür ki, onlar ixtişaşları bu ilin avqust ayından sentyabr ayına qədər idarə etdikləri “Telegram” kanalı vasitəsi ilə ediblər.

22 avqust tarixində “Nexta” telegram kanalının təsisçisi Stepan Putilo kütləvi iğtişaşların təşkilində (CM-nin 293.1 və 293.3-cü maddələri) şübhəli bilinərək barəsində cinayət işi açılıb. Bu maddəyə əsasən onu 15 ilədək həbs cəzası gözləyir.