Böyük Vətən müharibəsi qələbəsinin 76-cı ildönümü Şuşa şəhərində də keçirildi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Böyük Vətən müharibəsi qələbəsinin 76-cı ildönümü münasibəti ilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.
İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən danışılıb, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.
Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.
Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.