Bu günə qədər 90 minə qədər şəxsə “Müharibə veteranı” adı verilib

“Bu günə qədər 90 minə qədər şəxsə “Müharibə veteranı” adı verilib və onlara aylıq 80 manat Prezident təqaüdü ödənilir”.

Reallıq TV. xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.

“Ümumiyyətlə Vətən müharibəsi başa çatandan sonra isə 3800-ə yaxın belə fərdi evlər və mənzillər verilib. Bu ilin proqramına uyğun olaraq 800 mənzil verilib və ilin sonuna qədər bu rəqəmin 1500-ə çatdırılması gözlənilir”.