Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının yarandığı gündür

  • Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur.

Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. 

  • Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi.
  • 27 may 1918 – ci ildə Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Müvəqqəti Milli Şura yaradıb. Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, icraiyyə komitəsinin sədri isə Fətəli xan Xoyski seçilib

Həmin iclasda Milli Şura ilk Müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir:

" “Xalq seçkiləri ilə seçilmiş Azərbaycan Milli Müsəlman Şurası bildirir: Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır.Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”.

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul edildi. Bir saatlıq fasilədən sonra iclas öz işinə yenidən başladıqda, ilk Azərbaycan hökumətini təşkil etmək haqqında tapşırıq almış Fətəlixan Xoyski müvəqqəti hökumətin tərkibini elan etdi:

      • Nazirlər Şurasının sədri və Daxili İşlər naziri — Fətəli xan Xoyski;
      • Maliyyə naziri və Xalq Maarifi naziri — Nəsib bəy Yusifbəyli;
      • Xarici İşlər naziri — Məmmədhəsən Hacınski;
      • Yollar naziri, Poçt və Teleqraf naziri — Xudadat bəy Məlik-Aslanov;
      • Ədliyyə naziri — Xəlil bəy Xasməmmədov;
      • Əkinçilik naziri, Əmək naziri — Əkbər ağa Şeyxülislamov;
      • Hərbi nazir — Xosrov bəy Sultanov;
      • Ticarət və Sənaye naziri — Məmməd Yusif Cəfərov;
      • Dövlət Nəzarəti naziri — Camo bəy Hacınski.