Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru Fuad Poladovun doğum günüdür

Azərbaycan mədəniyyəti, incəsənəti hər zaman özünəməzsusluğu ilə seçilib. Teatr və kino sahəmizin elə bir çağı yoxdur ki, dunya kino və teatr ulduzları ilə bir sırada dayanan, əksər halarda onlardan da üstün olan sənətkarlarımız yetişməsin. Amma o sənətkarlarımızı dərindən tanıyırıqmı və ya tanısaq da  dəyərlərinə uyğun qiymət verə bilirikmi? 

Nə yazıq ki, çox zaman  xeyr. Dəyərlərimizə dəyər vermədikdə isə itirən bütöv bir xalq olur. Dəyərlərimizi tanıyaq, qoruyaq. yaşadaq.  

Bu gün belə dəyərli sənətkarlarımızdan biri olan Fuad Poladov haqqında qısaca tanış olaçağıq. Bu gun Fuad Poladovun doğum günüdür. Yaşasaydı bu gün 73 yaşı olacaqdı. Öncə kiçik bir tanıtım verək. Kimdir Fuad Ağarəhim oğlu Poladov ?

Hər şeydən öncə səsi, duruşu, baxışı… bütün əzəməti ilə  Azərbaycan kişisinin necəliyi idi Fuad pPoladov.

Azərbaycanın görkəmli teatr və kino aktyoru,  lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı.

  • “Azərbaycan SSR əməkdar artisti” fəxri adı — 1 dekabr 1982
  • “Azərbaycan SSR xalq artisti” fəxri adı — 20 mart 1987
  • “Teatr Xadimi” qızıl medalı — 2004
  • “Qızıl Dərviş” mükafatı — 2007
  • “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatı — 2015
  • Cəfər Cabbarlı mükafatı — 23 may 2016

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 4 may 2018-ci ildə vəfat etmişdir. Məzarı “Qurd qapısı” qəbiristanlığındadır.

Fuad Poladov istər Akademik Milli Dram Teatrında “Məkr və məhəbbət”(Fridrix Şiller), “Məhəbbət əfsanəsi”, (Nazim Hikmət),  “Qılınc və qələm” (Məmməd Səid Ordubadi),  “Həyatın dibində”, (Maksim Qorki), “Kərgədan buynuzu”(Maqsud İbrahimbəyov), “Mahnı dağlarda qaldı”,”Məhv olunmuş gündəliklər”,”Qəribə oğlan”, “Büllur sarayda”,”Boy çiçəyi”, və “Şeyx Xiyabani”, (İlyas Əfəndiyev)…  istərsə də Səməd Vurğun adına Rus Dram Teatrında “Tamaşaçılara baxmaq qadağandır” (J.Marsan), “Tənha kişi üçün tələ” (R. Tom). “İblis” (H.Cavid), “Ququşu mahnısı” (A.P. Çexov), “Əlçatmaz qadın” (S.Moema)… saysız-hesabsız və bənzərsiz obrazlar yatamışdı.  

Azərbaycan kino sahəsində isə Fuad Poladov 40-dan artıq bənzərsiz obrazlar  yaratmışdır. 

Ona qarşı edilən haqsızlıqları isə demirəm. Fuad Poladov öz sənəti ilə ona qarşı olanların cavabın bu dünyasında özü vermişdi. 

Yaşasaydi 73 yaşı tamam olacaqdı demirəm. Fuad Poladov kimi sənətkarlarımız gerçəkdən yaşayır. 

Doğum gününüz qutlu olsun, FUAD BƏY !