Bu gün futbol üzrə Türkiyə – Azərbaycan milli komandaları qarşılaşacaq
Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.
Realliq.TV bildirir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Türkiyə yığması ilə üz-üzə gələcək.
Alanya şəhərində keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Yoxlama oyunu
27 may
21:00 Türkiyə – Azərbaycan
Baş hakim: Genc Nuza (Kosovo).