Bu gün Türkiyədə Atatürkü Anma Gənclik və İdman Bayramı qeyd edilir
Bayramın qeyd olunması Türkiyədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır
19 May 1919-cu il Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsuna gəlişi və Müstəqillik mübarizəsinin başladığı gün kimi qeyd edilir. Eyni zamanda İdman bayram kimi qeyd edilir.
Bu il rəsmi tədbirlər, eləcə də gənclər və idmanın inkişafına dair estafeta yarışları, nümayişlər, yarışlar, seminar və konfranslar koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbiylə təxirə salınıb.
I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilib. 1919-cu il 16 may tarixində Mustafa Kamal paşa 36-cı Osmanlı Padşahı IV Mehmet Vahdəddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burada qurtuluş mücadiləsini başladır. Məhz bu mücadilə ilə Türkiyə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub.
Bayrama Atatürkü Anma Günü isə 1981-ci ildə əlavə olunub və həmin vaxtdan bu günədək hər il rəsmi qaydada Atatürkü anma, Gənclik və İdman bayramı kimi qeyd olunur.