Bu il Azərbaycanda telefon danışıqlarına nə qədər vəsait xərclənib? – STATİSTİKA

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 1 milyard 499,8 milyon manatlıq xidmət göstərilib.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı aylıq statistikada əks olunub.

Sənədə əsasən, həmin xidmətin 74,9 faizi əhali sektoruna aid olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-avqust aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 6,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.