Bu marşrut avtobusları kart sisteminə keçəcək
Sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.
Kart sisteminə keçəcək avtobuskar bunlardır :
17 may tarixində 29 və 81,
18 may tarixində 71 və 83,
19 may tarixində 53 və 66,
20 may tarixində 31 nömrəli avtobus.
Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da “BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.