Çerniqovda raketlə vurulan binadan 47 cəsəd çıxarılıb

Martın 3-də Çerniqovun raket atəşinə tutulması nəticəsində ölənlərin sayı açıqlanıb. “Reallıq Tv” xəbər verir ki, Ukrayna mediası Rusiya aviasiyasının endirdiyi bombaların yaşayış binalarına düşməsindən sonra 47 nəfərin həlak olduğunu yazıb.

Çerniqov vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, “Tibb müəssisələrinin yenilənmiş məlumatına əsasən, dünən Rusiya aviasiyasının Çerniqov ərazisini bombalaması nəticəsində 47 nəfər – 38 kişi və 9 qadın həlak olub. 18 nəfər isə xilas edilib”.

Xatırladaq ki, martın 3-də Çerniqovda yaşayış məntəqəsinə raket zərbəsi endirilmişdi. Dünən axşam saatlarına yayılan məlumatda dağıntılar altından 30-a yaxın cəsədin qaldığı bildirilirdi.