Cinin İnkou şəhərində koronavirusun yeni ocağı yarandı
Cinin İnkou şəhər adminstrasiyasının məlumatına görə İnkou şəhərində koronavirus ocağı aşkarlanıb.
Bildirilib ki, şəhərdə 2 koronavirus xəstəsi aşkar edilib. Həmçinin şəhərdə koronavirusa daha üç simptomsuz yoluxma müəyyən edilib. Yoluxanların hamısı eyni müəssisədə çalışan şəxslərdir. Hazırda şəhər üzrə ümumilikdə 217 nəfər karantinə alınıb.
Bildirək ki, İnkou şəhəri Çinin şimal-şərqində, Şimali Koreya ilə sərhəddə yerləşir. 2,3 milyon əhalisi olan İnkou sakinlərinə ciddi zərurət olmadan şəhəri tərk etməmək məsləhət görülüb. İnkounun hakimiyyət orqanları şəhərdən çıxışı dayandırıb.