DƏHŞƏTLİ QƏZA keçirən azərbaycanlı müğənninin vəziyyəti yaxşı deyil – FOTO

Qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran Baba Dərələyəzlidən xəbər var. Belə ki, 2021-ci ili noyabr ayında Bakı-Şamaxı yolunda ağır qəza keçirən müğənninin səhhəti heç də yaxşı deyil.

Bu qəza nəticəsində daxili orqanları yararsız hala düşən müğənni, ayağının da bir çox nahiyyəsindən aldığı sınıq xəsarətləri səbəbindən xeyli zaman idi ki, yerimək qabiliyyətini itirmişdi. Həkimlər Baba Dərələyəzliyə ən azı 2 ay ayağa qalxmağının mümkünsüz olduğunü desələr də müğənni bu çətinliyin öhdəsindən əsa və yaxınlarının yardımı ilə gəlməyə çalışıb. 

Milli.Az-a açıqlama verən sənətçi bildirib ki, yerimək üçün apardığı bu mücadilə ona baha başa gəlib:

“Ağrılarım şiddətli dərəcədə artıb, dözülməz ağrılar var. Məcbur qalıb yenidən həkimə müayindən keçmək üçün müraciət etdik. Müayinə zamanı məlum oldu ki, ayağımda qırılan, yararsız hala düşən sümüklərimin əvəzinə 7 saatlıq əməliyyat vasitəsilə yerləşdirilən dəmirlər yerindən qaçıb. Ağrılar da məhz bunun ağrılarıdır. Həkim dedi ki, yerimək istəyərkən ayaqlarının üzərinə çox ağırlıq düşüb, nəticədə həmin dəmirlər yerindən qaçıb. Şiddətli ağrılar bir an olsun belə səngimir. Həkim yenidən təcili əməliyyat olunmağımı bildirdi. Türkiyə və İranda əməliyyat olunmaq variantlarım var idi, lakin son anda ölkəmizdə çox savadlı professorlar tapdığımızdan bu əməliyyat elə Bakıda olunacaq. Bu gün əməliyyata girirəm. Ümid Allahdan…”.

Qeyd edək ki, bu, ötən il Baba Dərələyəzlinin başına gələn ilk faciə deyildi. Belə ki, müğənni 2021-ci ildə iki ayın içində bir-birinin ardınca iki cavan qardaşını itirib.