“Daşnaksütyun”-dan Azərbaycana qarşı təxribat dolu çağırışlar
“Daşnaksütyun”un Ermənistan bürosunun bu gün yaydığı bəyanatında Azərbaycana qarşı qarşı təxribatçı çağırışlar yer alıb.
Dünyada terrorçu təşkilat kimi ad çıxarmış “Daşnaksütyun”un çağırışında bütün resursların təxribatlar törətmək üçün cəlb olunduğu vurğulanıb.
“Daşnaksütyun”un yaydığı bəyanatda deyilir : “Daşnaksütyun” olaraq dünyanın müxtəlif ölkələrində bütün imkanlarımızı Azərbaycana təzyiq göstərmək üçün səfərbər etməyə başlayırıq. Eyni zamanda, vətəndaşların təhlükəsizliyini öz təşəbbüsümüzlə, təşkilatlanmaqla müdafiə etməyə hazırlaşırıq”.