DİN-dən Nəsimi rayonundakı qanunsuz aksiyaya cəhdlə bağlı açıqlama

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə , bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Qanunsuz aksiyaya cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırıldığı bildirilir.