Dünən meteorit partladı, bu gün havada sirli “şar” peyda oldu

Çin sakinləri meteoritin düşdüyü Yunşu şəhərinin yaxınlığında səmada əsrarəngiz bir “şar”ın şahidi olublar. Səmada nəhəng buluda bənzəyən “çəhrayı işıq” səma cisminin düşməsindən 12 saat sonra görünüb.

Bu barədə “Daily Star” xəbər verib.

baku.tv/az/dunyaa/30858/

Yerli sakinlərin verdiyi məlumata görə, “şar” Delinga şəhərində bir magistral yol üzərində 40 dəqiqə havada donmuş vəziyyətdə qalıb, sonra isə həll olaraq havaya qarışıb.

Xatırladaq ki, bir neçə gün öncə Çinin Yunşu şəhəri yaxınlığına bir meteorit düşüb. Səma cisminin enişi zəlzələ və bərk səslə müşayiət olunmuşdu.