Düşmənin Şuşa ətrafındada təxribatı- havaya atəş açdılar

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan tərəfi ( Nazirliyin ”  Ermənistan tərəfi ” ifadəsini anlaşılmazdır- red. )  təxribat məqsədi ilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Eyni zamanda, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Cavab atəşi açılmayıb. İtki yoxdur.