Eldar Əzizovun kürəkəni Yevlaxda “at oynadır”. – FOTOLAR

Keçən dəfə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin şəhid Nicat Səfərovun ailəsinə qarşı etdiyi hörmətsizlik barədə məlumat vermişdik.

Qeyd edək ki, saytımızda məlumat gedən kimi şəhidin atasi Vaqif Səfərovu Yevlax Rayon icra başçısı(oxu:xanı) Anar Tağıyevin qoçu dəstəsi İcra hakimiyyətinə çağırıblar. Ağsaqqal şəxsən mənim mobil telefonuma başçının müavini Xaliq Əliyevin mobil telefonu vasitəsilə zəng etmişdi. Ətraflı şərh yazmıram. Keçən yazımızda saytda bu haqda məlumat vermişik…

Bu gün Yevlaxda olan xüsusi müxbirimiz şəhidin ailə üzvlərinin yaşadığı ünvana gedib. Şəhid N.Səfərovun anası Cəmilə xanım və həyat yoldaşı Nərgiz xanımla həmsöhbət olub. Onlardan müsahibə götürmüşdür.

Onu da qeyd edək ki, şəhidin ailəsi Yevlax rayonunda “Obşitel”də-yataxanada şəraitsiz vəziyyətdə yaşayır.

İcra başçısı Anar Tağıyev bircə dəfə də olsun bu ailənin problemi ilə nəinki maraqlanmayib, heç onları qəbul etməyib.

Şəhidin ailə üzvlərininin Yevlax Rayon İcra Hakimiyyətindən etdikləri  narazılıqlar sadəcə insanda hiddət doğurur. Anar müəllim rayona Başçı təyin olunanda Prezident İlham Əliyev onu qəbul etmişdi. Prezident ona özünün xüsusi tapşırıqlarını da vermişdi: Rayonda sakinlərin problerilə maraqlansın. Vətəndaşları qəbul etsin. Xüsusən şəhid ailələrinə diqqət və qayğı ilə yanaşıb onların bütün problemlərini həll etsin və s.

Görünür ki, Yevlaxın icra başçısı Anar Tağıyev Prezidentin tapşırıqlarını qulaqardına vurub. Rayonu İcra başçısı kimi yox,əsl Xan kimi idarə edir. Beləliklə, rayonda, necə deyərlər, “at oynadır”. Mənəm-mənəmlik edir. Heç bir qanun tanımır. Vəzifəsindən sui-istifadə edir. Deyesən həbs olunan İcra başçılarının taleyindən örnək götürmək fikri yoxdur, hörmətli Anar müəllimin… / Turantv.az /