Eldar Mahmudovun ailəsi Londondakı əmlaklarını xilas etməyə çalışır – oğlu şirkətini təhvil verdi

Hüquqşünas deyir ki, sabiq nazirin tələsik şəkildə varidatını xilas etmək üçün atdığı addımları şərtləndirən Bakı Hərbi Məhkəməsində davam edən məhkəmədir

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyanın paytaxtı Londonda direktoru olduğu şirkətdən istefa verib. “Yeni avaz” xəbər verir ki, Anar Mahmudov “Britannia Group Ip Holdings Limited” adlı şirkətə ötən ilin 13 dekabr tarixində direktor təyin olunub. Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara görə, o, 6 aydan sonra – bu ilin 21 iyun tarixində şirkətin direktoru vəzifəsindən istefa verib. “Britannia Group Ip Holdings Limited” şirkəti The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE ünvanında yerləşir. Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan “Mea Capital Limited” şirkətinin də direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb.

Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları İngiltərədə lüks daşınmaz əmlaka, o cümlədən Londonun ən məşhur mağazası olan “Harrods” yaxınlığında 17 milyon funt-sterlinqlik evə sahib olduqları haqda İngiltərə qəzetləri yazmışdı. “Cayman National Bank”ın məlumat bazasının sındırılması nəticəsində Eldar Mahmudovun ailəsinin Men adasında (Britaniyada taxt-tac ərazisi) təxminən 100 milyon avro dəyərində biznes-əmlak imperiyası yaratdığı ortaya çıxmışdı. Demək olar ki, aktivlərinin hamısı Mahmudovun oğlu Anarın, həmçinin qızı Nərgizlə əlaqəli şirkətlər hesabına əldə edilib.

Bir neçə təşkilatın jurnalistləri – “Organized Crime and Corruption Reporting Project”, “Finance Uncovered and Transparency International” tərəfindən aparılan birgə araşdırma isə göstərirdi ki, Eldar Mahmudovun övladlarının “əlaqəli şirkətlər” vasitəsilə əldə etdikləri obyektlərin arasında İngiltərənin sahil kurort şəhərlərində – Pul və Bornmutda ümumi dəyəri 13,5 milyon funt-sterlinq olan iki ofis binası var. Mahmudovlar ailəsi Malyorka, Lüksemburq və Litvadakı əmlak və şirkətlərə də sahibdirlər.

Eldar Mahmudovun oğlu özünə Londonda şirkət açıb

Məlumdur ki, Anar Mahmudovun qayınanası – Zamirə Hacıyeva “Harrods” mağazasında 16 milyon funt-sterlinqdən çox pul xərcləyib və onun həyat yoldaşı, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev 2015-ci ildə dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs olunub və hazırda həbsdədir.

Eldar Mahmudovun Londonda aşkarlanan mülkləri hüquqi yolla Azərbaycanın, dövlətin nəfinə keçirilə bilməsi haqda dəfələrlə yazılsa da, bu istiqamətdə heç bir irəliləyiş olmayıb. İlin əvvəlində baş prokuror Kamran Əliyev bəyan etmişdi ki, xarici ölkələrdə olan və təqsirləndirilən şəxslərə məxsus əmlakın müsadirəsi prosesinə başlanılıb. Ötən il xüsusi müsadirə sahəsində aktivlərin aşkarlanması və izlənməsi üzrə görülən tədbirlər nəticəsində müttəhimlərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyən edilib. Faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib.

“Eyni zamanda xaricdə olan əmlakın müsadirəsi ilə bağlı lazımi tədbirlər görülüb”, – Azərbaycanın baş prokuroru qeyd edib.

Məlumdur ki, bir neçə aydır davam edən “MTN işi” üzrə general Mövlam Şıxəliyevin və digərlərinin məhkəmə prosesində də Eldar Mahmudovun adı bir neçə irihəcmli rüşvət epizodunda hallanıb. Eldar Mahmudov ailəsinin bu kontekstdə şübhəli davranışları diqqət çəkir. İstisna deyil ki, Mahmudovlar oğurladıqları pullar hesabına xaricdə qurduqları biznes və daşınmaz əmlaklarını və o cümlədən şirkətlərini qorumaq üçün hərəkətə keçiblər.