Emmanuel Makron: “Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır”
“Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edəcək”.
Reallıq Tv.`1 “Report”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron yerli KİV-ə müsahibəsində deyib.
“Yay və payızın əvvəli çətin keçəcək. Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır. Fransa daim Ukraynaya kömək edə biləcək”, – o bildirib.
Qeyd edək ki, daha əvvəl Makron savaşın ilin sonunadək çəkəcəyini demişdi. Onun fikrincə, Rusiya qalib gələ bilməz.