Erməni deputat Qazaxın 7 kəndinin Azərbaycana aid olduğunu bildirdi

Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatı Vahe Qalumyan Azərbaycanla sərhəd problemindən danışıb.

Vahe Qalumyan erməni mediasına verdiyi açıqlamada sərhəd məsələsində Azərbaycanın haqlı olmasına eyham vurub.

“Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var”-, deyə o bildirib.