Erməni hərbçi əsgər yoldaşını Azərbaycan hərbçisi zənn edərək güllələdi

Erməni hərbçi mühafizə zolağındakı döyüş postunda olan zaman ona yaxınlaşan hərbçi yoldaşını Azərbaycan əsgəri zənn edərək güllələyib.

Reallıq TV. Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da saat 23:40 radələrində olub. 19 yaşlı əsgər Qraçya Kərəmyan hərbçi yoldaşının səhvi nəticəsində açılan atəşdən sonra ölüb.

Faktla bağlı cinayət işi başladılıb.