” Ermənilər nəticənin çox pis olacağını indidən başa düşməlidirlər” – Türkiyəli general-mayor Özgür Tör

“Ermənistan tərəfi son günlər sərhəddə təxribatlar törədərək Azərbaycanı guya “təcavüzkar tərəf” vəziyyətinə gətirmək istəyir”.

Realliq.TV bildirir ki, bunu  ehtiyatda olan türkiyəli general-mayor Özgür Tör deyib.

General bildirib ki, Ermənistan anlamalıdır ki, təxribatları onlara baha başa gələ bilər:

“Dünən Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərən 6 erməni diversantının yaxalanması, ondan öncə isə xeyli sayda erməni hərbçinin 3-4 Azərbaycan əsgərinə hücumları rəsmi Bakını özündən çıxarmaq üçün qurulmuş planlardır. Çalışırlar ki. Azərbaycan daha sərt addımlar atsın, onlar da “Azərbaycan bizə təcavüz edir” abu-havası yaratmaq niyyətindədirlər.

Hazırda əsas məsələ, bütün bunların xarici mediaya çox yaxşı şəkildə çatdırılması lazımdır. Sanki Kəlbəcər mövzusunda səy göstərərlərsə, prosesləri xeyirlərinə dəyişə biləcəkləri düşüncəsindədirlər. Bu da təbii ki, çox yalnışdır.

Hadisələr belə davam edəcəyi təqdirdə qarşı tərəfin nə ilə qarşılaşacağını, nəticələrinin onlar üçün çox pis olacağını da indidən başa düşmələri yaxşı olardı”.