Ermənilər Paşinyanın “Mənim Addımım” blokuna səs verəcək – Sorğu nəticəsi

”Gallup International” assosiasiyasının Ermənistan nümayəndəliyinin son tədqiqatlarının nəticələrinə görə, Ermənistanda erkən parlament seçkiləri gələn bazar günü keçirilsə ( rəmzi olaraq-red), sorğuda iştirak edənlərin 24.8%-i Baş nazir Nikol Paşinyanın “Mənim Addımım” blokuna səs verəcək.

“Gallup”un aprelin sonunda apardığı bir araşdırmaya görə, 27.2% “Mənim addımım”a səs verməyə hazırdır. Bir ay ərzində hakim partiyaya dəstək 3.6% azalıb.

Respondentlərin 14.3% -i keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokuna səs verməyə hazırdır. Bundan başqa, respondentlərin 4.1%-i “Çiçəklənən Ermənistan”, 2.5%-i Serj Sərkisyanın Respublikaçı Partiyasına səs verməyə hazır olduqlarını bildirib.