Ermənistan bundan sonra hərbi xidmət üçün Qarabağa əsgər göndərməyəcək
Bundan sonra Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək.
APA-nın “Sputnik Armenia” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb.
Müddətli həqiqi hərbi xidmətə çağırılanlar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçəcəklər.