“Ermənistanın Azərbaycanda törətdiyi qətliamın şahidi olmuşam, Azərbaycan əsgərlərinin qəhrəmanlığını görmüşəm” – Fülya Öztürk
“Ermənistanın Azərbaycanda, Qarabağda törətdiyi zülmlərin, qətliamın şahidi olmuşam. Ən əsası isə Azərbaycan əsgərlərinin bu böyük Zəfər üçün qəhrəmancasına mübarizə apardıqlarını gözlərimlə görmüşəm”.
Bu fikirləri türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fülya Öztürk Diasporla İş üzrə Dövlət Komitəsinin və YAŞAT Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən YAŞAT xeyriyyə marafonu barədə danışarkən söyləyib.
YAŞAT marafonuna dəstəyini ifadə edən türkiyəli jurnalist xeyirxah insanları bu təşəbbüsə qoşulmağa çağıraraq deyib: “Şəhid ailələrini, qazilərimizi, əsgərlərimizi unutmamalıyıq”.