Ermənistanın Vatikandakı keçmiş səfir Mikael Minasyandan açıqlama: ” Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq yeni sənəd… “
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan ” “Nikol Paşinyan Ermənistan üçün fəlakətli nəticələrə səbəb olan yeni bəyanat imzalayır”, – deyə çıxış edib.
Eks səfir deyib ki, dünən gecə Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq yeni sənədin hazırlanması işi tamamlanıb:
1. Yeni komissiya yaradılacaq. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin yeni və son demarkasiyası üçün oyun qaydalarını təsbit edəcək;
2. Demarkasiya üç prinsipə əsaslanacaq: SSRİ xəritələri, coğrafi məqsədəuyğunluq, o dövrdəki real mənzərə. Bu prinsipin Ermənistan üçün çox xoşagəlməz nəticələri olacaq, çünki prinsip tətbiq olunduğu təqdirdə Azərbaycanın oynayacağı açıqdır;
3. Tavuş bölgəsinin 5 kəndinin (Qazaxın), Ararat bölgəsinin isə bir kəndinin (Naxçıvanın Kərki kəndi) Azərbaycana təhvil verilməsi Nikol tərəfindən müzakirə edildi;
4. Yeni son demarkasiya işlərini tənzimləyən sənədlər 30 iyuna qədər hazırlanacaq və paraflanacaq;
Nikol bu üç istəyinin qarşılığında razılığa gəlib:
• Seçkilərdən əvvəl Azərbaycan qoşunlarını Ermənistan ərazisindən çıxaracaq;
• Ən azı bir neçə məhbusu geri qaytaracaq;
• Diplomatik lüğətə görə, Tavuşdakı 5 kəndin təhvili ilə bağlı seçki sonuna qədər dirəniş göstəriləcək, – deyə Minasyan əlavə edib.
Burada Mikael Minasyanın çıxışı ilə bağlı sual doğuran bir neçə məqam var:
1, Qazaxın niyə 7 deyil, 5 kəndi ?
2. “Azərbaycan qoşunlarını Ermənistan ərazisindən çıxaracaq” deyəndə hansı ərazilər nəzərdə tutulur?
3. Zəngəzur dəhlizinin məsələsi nə yerdə qalır?
. Azərbaycanın Qarabağ bölgəsində hələdə qalnaqda olan ermənistan əsgərlərinin məsələsi necə olur?
… və sairə.
Əlbəttə ki, bunlar Mikael Minasyanın öz düşüncəsidir . Bizə gərək olan isə bizim olan hər şeyi sonuna qədər geri almaqdır.