Fərqanə Qasımova 19 yaşlı oğlu ilə duet oxudu

Əməkdar artist Fərqanə Qasımova 19 yaşlı oğlu Salehlə mahnı oxuyub.

Reallıq Tv. xəbər verir ki, muğam ifaçısı övladı ilə Cıdır düzündə “Millətin nə fərqi var” adlı ifanı səsləndirib.

Fərqanə bununla bağlı sosial şəbəkədə bildirib. O, övladı ilə mahnı oxuduğu görüntüləri instaqram hesabında yayımlayıb. Ana ilə oğulun Qarabağ təbiətindəki ifası izləyicilər tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımovanın 4 övladı var. Onun böyük övladı Fatimə Xalq artist Natiq Şirinovun oölu Ümidlə evlidir. Sənətçinin digər övladları isə üçəmdirlər. Onların adları Saleh, Həmidə və Mövlanədir. Üçəmlər 19 yaşındadırlar.