Fatimədən Nazilənin onu məhkəməyə verməsinə REAKSİYA -Video

“Rəqabət olmalıdır, onsuz iş getmir. Amma sağlam rəqabət. O insanlarla heç vaxt dalaşmaram, xətirlərini çox istəyirəm. Hamısını da bəyənirəm. Amma rəqs sənətində böyük boşluq var. Burada da rəqabət olmadığı üçün sıxılıram. Rəqslər istəyirəm qurum, amma mənə güc verən yoxdur”.

Reallıq Tv. Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva instaqramda canlı yayımda deyib. Sənətçi izləyicilərin ona ünvanladığı sualları cavablandırıb. Fatimə xına məclisi aparan digər həmkarlarını bəyəndiyini söyləyib.

Fətəliyeva hazırda qalmaqal yaşadığı şair Nazilə Səfərlinin onu məhkəməyə verməsi ilə bağlı suala əsəbiləşib.

“Əl çəkmir. Amma o dediyini heç vaxt görməyəcək. İlhamə Quliyevanın bir sözü var idi, onu demirəm. Yaşayarıq görərik” deyə, rəqqasə deyib.

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla” sözlər səbəb olub.

Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib və qarşı tərəfin ünvanına sərt sözlər işlədib.

Nazilə Fatiməni məhkəməyə verərək “Ya üzr istəyəcək, ya da təzminat ödəyəcək” sözlərini deyib.